• $
  • €
  • ₽
  • ₺
  • £

Nəriman Nərimanov – 144

Nəriman Nərimanov – 144
14.04.2014 16:57
Onun öz əcəli ilə vəfatı isə hələ də müəmma olaraq qalır.14 aprel görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanovun doğum günüdür. Oxu.Az xəbər verir ki, N.Nərimanov tarixin bu günü 1870-ci ildə Tiflis şəhərində anadan olub. İlk təhsilini ruhani məktəbində alıb. 1890-cı ildə Qori seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunub. 1891-ci ildə Bakıya gələrək, geniş fəaliyyətə başlayıb. 1894-cü ildə türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanası təşkil edib. Həmin il N.Nərimanovun “Nadanlıq” pyesi Azərbaycan türkçəsində çap olunub.Bu dövrdə Nərimanov “Dilin bəlası”, “Bahadır və Sona”, “Nadir şah” əsərlərini, bir çox publisistik məqalələr, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazıb. 1902-ci ildə Odessadakı Novorossiya İmperator Universitetinin tibb fakültəsinə daxil olub.Nərimanov siyasi fəaliyyətə Odessada başlayıb. 1905-ci ildə “Hümmət” sosial-demokrat təşkilatına daxil olub, bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlayıb, İran “Mücahid” partiyasının əsasını qoyanlardan biri olub. 1908-ci ildə Odessanın Novorossiya İmperator Universitetini bitirib Bakıya gəlib.1909-cu ilin sentyabrında Həştərxana sürgün edilən Nərimanov burada olduğu müddətdə Qafqazla əlaqələrini kəsməyib, yerli mətbuatla fəal əməkdaşlıq edib, mədəni-kütləvi təşkilatların işində çalışıb, həkimliklə məşğul olub. Həştərxan xalq universitetinin sədri olan Nərimanov Həştərxan quberniyası həkimlərinin II qurultayında “Şurayi-İslam” cəmiyyəti adından çıxış edib, Həştərxan Şəhər Dumasının üzvü seçilib.1913-cü ilin iyulunda Həştərxandan Bakıya qayıdan Nərimanov həkimliklə yanaşı, ədəbi-publisistik və maarifçilik fəaliyyətini davam etdirib, “Pir”, “Bir kəndin sərgüzəşti” əsərlərini yazıb, “Nicat” cəmiyyətinin maarif bölməsinin sədri seçilib, “Tənqid gecələri” ədəbi dərnəyinin yaradılmasına rəhbərlik edib. “Xalq yurdu”, “Ədəb yurdu”, “Xalq evi”, “El yurdu”, “Qənaət” adlı cəmiyyətlərin təşkilatçılarından və mühazirəçilərindən biri olub. 1914-cü ildə Nərimanov Gülsüm xanım Əliyeva ilə evlənir.1918-ci il aprelin 25-də Nərimanov şəhər təsərrüfatı komissarı kimi Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil edilib. Şəhərin sanitar vəziyyəti, şəhər müəssisələrinin, xəstəxanaların, təhsil müəssisələrinin vəziyyəti ilə bağlı tədbirlər görmüş, onun təklifi və imzası ilə Bakı Xalq Komissarlar Sovetinin kağız pul nişanları buraxılıb. 1918-ci ilin iyun ayında ağır xəstələnərək Həştərxana müalicəyə göndərilib. 1919-cu ilin iyulunda Moskvaya gələn Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri təyin edilib.1920-ci ildə Azərbaycanda sovetləşmədən sonra Nərimanov xalqın milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirmiş, milli adət-ənənələri qorumuş, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərib.Nərimanov fəaliyyətə başlayarkən Azərbaycan artıq İrəvan və Dərbənd ərazilərini itirmişdi, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Onun qətiyyəti sayəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanılıb, Bakı Azərbaycanın paytaxtı kimi tanınıb.Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını ala bilməyib. O, milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirib, Bakı-Culfa dəmiryolunun, Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırıb. 1922-ci ildə SSRİ MİK-in sədri seçilib. 1925-ci il martın 19-da Moskvada vəfat edib. Onun öz əcəli ilə vəfatı isə hələ də müəmma olaraq qalır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol