• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti məhkəmədə ifadə verdi

Xalq artisti məhkəmədə ifadə verdi
08.05.2015 16:15
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quest.net işi üzrə növbəti məhkəmə prosesi keçirib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlər - Müşfiq Kazımov, Rasim Qəhrəmanov, Emin Məmmədov, Elşad Muradov və Ceyhun İbrahimovun cinayət işinə baxılıb.

Zərərçənlər isə xalq artisti, aktyor Taryel Qasımov, İTV-nin keçmiş əməkdaşı, jurnalist Rahim Qədimov və Bikə İsmayılova ifadə verib.

Məlum olub ki, xalq artisti Quest.net şirkətinə iş üçün 500 manat, jurnalist 900 manat, Bikə İsmayılova isə 2000 manatdan çox pul verib. Bir müddət sonra isə heç bir gəlir əldə etmədikləri halda onlardan əlavə pul tələb olunub. Bundan sonra onlar aldadıldıqlarını başa düşüblər.

"Quest.net"in işçiləri ilə bağlı daha bir məhkəmə prosesi aparılır. Həmin prosesdə isə 14 nəfər təqsirləndirilir.

Bu prosesdə ifadə verən 3 nəfər zərərçəkən isə hazırki 5 nəfər təqsirləndirilən şəxsi tanımadıqlarını və onlardan şikayətçi ol adıqlarını bildiriblər.

Onlar digər prosesdə təqsirləndirilən 14 nəfərlik qrup üzvləri tərəfindən aldadılıb.

Zərəçəkən Mərdan Camalov da ifadə verərək bildirib ki, 2012-ci ildə Quest.net şəbəkə biznesinə qoşulub. Sonra isə kürəkənləri, qardaşı və həyat yoldaşı da şəbəkəyə qoşulub. Həyat yoldaşı üçün qardaşına 550 manat pul verib məhsul sifariş ediblər. Lakin məhsul gecikib, sonra isə məhsulu alıblar.

M.Camalov hazırda şikayətçi olmadığını deyib.

Növbəti məhkəmə prosesi mayın 14-ü saat 11-ə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə ittiham edilirlər. Cinayət işi üzrə 37 nəfər zərərçəkən var. Ümumilikdə zərərçəkənlərə 83 min manat ziyan dəyib, dəymiş ziyan ödənilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol