• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada Beynəlxalq Çexov Teatr Festivalı başlayıb

Moskvada Beynəlxalq Çexov Teatr Festivalı başlayıb
14.05.2015 14:56
Rusiya paytaxtı Moskvada Çexov adına Beynəlxalq Teatr Festivalının açılışı olub. 

"Report" xəbər verir ki, 12-ci dəfə təşkil olunan nüfuzlu tədbir iki ay davam edəcək.
Bu müddətdə tamaşaçılara 12 ölkəni təmsil edən teatrların ifasında 19 tamaşa nümayiş etdiriləcək. 

İlk olaraq Fransa teatrının tamaşası göstəriləcək. Parisin "Buff dyu Nor" Teatrı "Meşşanın zadəganlığı" əsəri ilə mayın 14, 15 və 16-da Moskvanın Mossovet Teatrının səhnəsində çıxış edəcək. Festivalda ilk dəfə olaraq Cənubi Afrika Respublikasının teatr truppası da iştirak edəcək. 

Həmçinin festivalda məşhur komediya aktyoru Çarli Çaplinin nəvəsi, tanınmış şair, kloun, akrobat və mim Ceyms Tiere iştirak edəcək. Onun iştirakı ilə "Qırmızı tütün" adlı xoredrama nümayiş etdiriləcək. Qeyd edək ki, Çarli Çaplinin nəvəsi artıq üçüncü dəfədir Çexov festivalında çıxış edir.

Beynəlxalq Çexov teatr festivalında dünya şöhrətli balerina Silvi Gellem da səhnəyə çıxacaq. Qeyd edək ki, bu tamaşa Silvi Gellemin iştirakı ilə son tamaşa olacaq. Belə ki, məşhur balerina Çexov festivalındakı çıxışı ilə balet səhnəsindən ayrılır. Məşhur balerinanın vida çıxışı iyunun 24, 25 və 26-da nümayiş etdiriləcək.
Çexov Festivalı Rusiyada keçirilən ən nüfuzlu teatr festivalıdır. Ötən illərdə Azərbaycanı Çexov Festivalında təmsil edən teatrlarımız olub. Buna misal olaraq, Akademik Milli Dram Teatrını göstərmək olar. Milli Dram Teatrı sonuncu dəfə Çexov adına beynəlxalq teatr festivalına Şeksprin "Kral Lir" tamaşası ilə qatılıb. Uzun illərdən sonra növbəti dəfə Azərbaycanın hansı teatrının bu festivalda çıxış edəcəyi ilə maraqlandıq. 

Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova "Report" a açıqlamasında bildirdi ki, bu il Azərbaycanı təmsil edən hər hansı bir teatr Çexov festivalında çıxış etmir: "Amma iki gənc rejissorumuz Əlif Cahangirli və Anar Sadıqov iyunun 19-dan 26-dək Moskvada keçiriləcək "Gənc rejissorların laboratoriyası" nda ustad-dərslərə qatılacaqlar. Gənc rejissorlarımız ustad dərsləri çərçivəsində Çexov festivalında izləyici kimi iştirak edəcəklər."

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovla əlaqə saxladıq. Vüqar Şıxəmmədov bildirdi ki, bu il adıçəkilən festivalda Azərbaycanı heç bir teatr təmsil etməyəcək.
Festivalı iyulun 17-də başa çatacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol