Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən var

20:00 | 20.06.2021
Lənkəranda avtomobilin qəzaya uğrayaraq yanması nəticəsində yanıq xəsarətləri alan qadın ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Boladi kəndində qeydə alınan qəza zamanı xəsarət almış 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova ölüb.

Qeyd edək ki, hadisə Bakı-Astara-İran İslam Respublikası sərhəd yolunun Lənkəranın Boladi kəndində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı zolaqlararası beton maneəyə çırpılıb və bundan sonra alışıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


15:19
Lənkəranda qəzaya uğrayan avtomobil yanıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Bakı-Astara-İran İslam Respublikası sərhəd yolunun Lənkəranın Boladi kəndində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı zolaqlararası beton maneəyə çırpılıb və bundan sonra alışıb. Hadisə zamanı 1960-cı il təvəllüdlü Gövhər Ağarza qızı Dadaşova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə FHN-in xilasediciləri və yanğın söndürmə maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM