Pravda.az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli deyib.
C.Həsənli qeyd edib ki, Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Möhübbət Babayev Hacıbaba oğlunun 1954-cü il təvəllüdlü qardaşı Xanbaba Babayevin oğludur: "Adı "Dost" maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur. Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur”.
Lənkəran ŞİH-lə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !