Ölkədə vergi amnistiyası başlayır

16:17 | 08.09.2016
Ölkədə vergi amnistiyası başlayır

Ölkədə vergi amnistiyası başlayır

"2017-ci il yanvarın 1-dən Azərbaycanda vergi amnistiyasının (gəlirlərin könüllü açıqlanması) tətbiqinə başlanılacaq”.

Bunu Trend-ə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, amnistiya gəlirlərini könüllü qaydada açıqlamaq və hesablanmış vergiləri ödəmək niyyətində olan vergi ödəyicilərin məsuliyyətdən azad edilməsini nəzərdə tutur.

N.İmanov qeyd edib ki, bu gizli gəlirlərin aşkar edilməsi zamanı vergi orqanları tərəfindən 50% həcmində maliyyə sanksiyasının və cərimənin (hər günə görə 0,1%) tətbiq edilməsi nəzərdə tutulur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb