Ölmüş Səudiyyə kralının gizlin arvadı ortaya çıxdı - FOTOLAR

11:35 | 06.11.2015
Ölmüş Səudiyyə kralının gizlin arvadı ortaya çıxdı - FOTOLAR

Ölmüş Səudiyyə kralının gizlin arvadı ortaya çıxdı - FOTOLAR

Səudiyyə Ərəbistanının 2005-ci ildə ölən kralı Fahd bin Abduləziz əl-Səudin uzun illər hər kəsdən gizlin saxladığı arvadı ortaya çıxıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, əslən fələstinli olan Canan Farb kralla ailə qurandan indiyə kimi Londonda yaşayıb. O, kraliyyət ailəsindən təzminat almaq məqsədilə London məhkəməsi qarşısında iddia qaldırıb. Məhkəmə Canan Farbın iddiasını təmin edərək kral ailəsinin 20 milyon sterlinq (təxminən 31 milyon dollar) təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.

Hazırda 66 yaşı olan Farb 19 yaşında o zamanlar şahzadə olan kral Fahd bin Abduləziz əl-Səudlə sevgili olub və onlar 1968-ci ildə gizlicə evləniblər. Amma hazırda kral ailəsi belə bir evliliyin olmasını rədd edir.

Daha çox xarici səyahətlər zamanı kralla birgə olduğunu deyən Canan Farb 20 iyul 2003-cü ildə Londondakı otellərdən birində şahzadə Abdüləzizlə (kral Fahd bin Abduləziz əl-Səuddən sonra taxta çıxan kral Abdullah bin Əbdüləziz əs-Səud) görüşdüyünü deyib. Qadının sözlərinə görə, ərinin digər qadından olan ögey oğlu susması müqabilində ona 12 milyon sterlinq (bu gün dəyəri 5 milyon sterlinq) dəyərində olan iki iri mülkün verəcəyini bəd edib. 

Məhkəmə zamanı ortaya belə bir informasiya da çıxıb ki, qadına "susması" müqabilində daha əvvəllər də 5 milyon sterlinq verilib. Amma o, bu məbləğin 3 milyon sterlinqini qumar borclarına ödəyib, digər hissəsini yenə də qumarda uduzub və lüks xidmətlərə xərcləyib.

Qadın kralla Ciddənin Venesuela səfirliyində tərcüməçi işləyərkən tanış olduğunu deyib. O, xristian olsa da kralla evlənmək üçün müsəlmanlığı qəul edib. 

Kralın ölümündən dərhal sonra o, 400 milyon sterinqlik iddia qaldırmışdı, amma o  zaman qadının bu iddiası təmin olunmamışdı.

Canan Farb kralın digər gizli arvadları olduğunu deyib. Onun sözlərinə görə, kral 1974-cü ildə Londonda livanlı bir vəkil qadınla da ailə qurub. 

Hazırda iki qızı ilə birgə yaşayan Canan Farb Avropa və Orta Şərq ölkələrində idman salonları açaraq işlətdiklərini bildirib.

Farb London məhkəməsinin qərarından məmnun qaldığını, "12 ildir ki, kimliyimi sübut etmək üçün mübarizə aparıram, ədalət məhkəməsinə inanıram. Yoxsa onlar mənim Səudiyyə Ərəbistanına getməyimi istəyirlər. Əgər ora gedərəmsə. məni daşqalaq edib öldürərlər" - deyib.
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM