Məhkəmə Əbdül Əbilovu həbsdə saxladı

13:50 | 29.11.2013
Məhkəmə Əbdül Əbilovu həbsdə saxladı

Məhkəmə Əbdül Əbilovu həbsdə saxladı

Bakı Apellyasiya Məhkəməsi sosial şəbəkə fəalı Əbdül Əbilovu azadlığa buraxmayıb. Noyabrın 29-da hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda Nərimanov Məhkəməsinin Ə.Əbilov haqqında 3 aylıq həbs qətimkan tədbiri seçən qərarı qüvvədə saxlanılıb. Bu barədə Media Hüququ İnstitutundan məlumat daxil olub.

Əbdül Əbilovu Media Hüququ İnstitutunun vəkillərindən Elçin Sadıqov müdafiə edir. Vəkil çıxışında apellyasiya şikayətini müdafiə edərək Ə.Əbilovun həbsinin qanunsuz olduğunu bildirib, rayon məhkəməsinin qərarının ləğv olunmasını tələb edib. İclasda iştirak edən Ə.Əbilov həbsinin motivləri barədə çıxış edib. Sosial şəbəkə fəalı məhkəmənin diqqətinə çatdırıb ki, şərlənib: “Məni “facebook”-dakı yazılarıma görə həbs etdilər. Evimizdə axtarış apararkən narkotik maddəni zorla cibimə qoyub sənədləşdirdilər. Məni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orda mənə psixoloji təzyiq etdilər, döyüb-söydülər. Zorla mənə qarşı irəli sürülən ittihamları təsdiqləyən ərizə yazmağa məcbur etdilər”.

Məhkəmə Əbdül Əbilovun, onun vəkilinin arqumentlərini nəzərə almayıb. Nərimanov Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Əbdül Əbilov ictimaiyyətə məktub göndərib. Sosial şəbəkə fəalı məktubunda yazır: “Vicdanı, əqidəsi, mənliyi olan hər bir insandan kömək gözləyirəm. Mənim günahım yoxdur. Mən şərlənmişəm”...

Əbdül Əbilov işi ilə bağlı Facebook-dakı “Yaltaqlara dur deyək” səhifəsinin, digər tənqidi resursların idarəçilərindən olan Əbdül Əbilov noyabr ayının 22-də DİN BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Nərimanov Məhkəməsi noyabrın 23-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçsə də, onu qanunsuz olaraq 3 gün DİN BMCMİ-də saxlayıblar. Ə.Əbilov noyabrın 27-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Ə.Əbilovun yaxınlarının verdiyi bilgiyə görə, onu yaşadığı mənzildə həbs ediblər. DİN BMCMİ-nin mənzildə axtarış aparan əməkdaşları Ə.Əbilovun cibinə narkotik maddə “atıblar”. Axtarış aparanlar özləri də Ə.Əbilovun saxlanılmasının əslində onun facebook-dakı fəallığı ilə bağlı olduğunu ifadə ediblər, ona məxsus olan noutbook-u özləri ilə aparıblar. Ə.Əbilov DİN BMCMİ-yə aparıldıqdan sonra “Yaltaqlara dur deyək” səhifəsi də qapadılıb. Ə.Əbilovun təzyiqlərə məruz qaldığını deyən yaxınları narkotik maddə ittihamını rədd edir, onun sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə həbs olunduğunu bəyan ediblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb