Məmmədyarov - Nalbandyan görüşü ilə bağlı açıqlama

13:17 | 05.12.2013
Məmmədyarov - Nalbandyan görüşü ilə bağlı açıqlama

Məmmədyarov - Nalbandyan görüşü ilə bağlı açıqlama

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş görüşdə Dağlıq Qarabağda gərginliyin azaldılması istiqamətində fikir mübadiləsi aparılıb. Lent.az-ın Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasındakı təkbətək görüşdən sonra onlara ATƏT-in Minsk qrupunun həmsədrləri və səfir Ancey Kasprşik də qoşulub. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesində irəliləyişə nail olunmaq üçün noyabrın 19-da iki ölkə prezidentləri arasında Vyanada keçirilmiş görüş kontekstində xarici işlər nazirləri səviyyəsində müzakirələrin aparılmasını təklif ediblər. Nazirlər və həmsədrlər qarşıdakı həftələrdə bu istiqamətdə danışıqların davam etdirilməsinə razılaşıblar. Bununla əlaqədar həmsədrlər tezliklə regiona səfər etmək niyyətlərini açıqlayıblar. Nazirlər ATƏT-in Minsk qrupunun vasitəçiliyinin vacibliyini bəyan edərək, onlara bu istiqamətdə davamlı çalışmalarına görə, minnətdarlıqlarını bildiriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM