Məşhur iş adamı və arvadı evində girov götürüldü - FOTO - VİDEO

12:57 | 20.05.2019
Məşhur iş adamı və arvadı  evində girov götürüldü - FOTO - VİDEO

Məşhur iş adamı və arvadı evində girov götürüldü - FOTO - VİDEO

Türkiyədə məşhur iş adamı "Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

İş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb. 

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. 

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub. 

Qeyd edək ki, "Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var. (baku.ws)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM