“Molla Nəsrəddin” jurnalının yaradıcısının xatirəsi yad ediləcək

10:29 | 03.04.2014
“Molla Nəsrəddin” jurnalının yaradıcısının xatirəsi yad ediləcək

“Molla Nəsrəddin” jurnalının yaradıcısının xatirəsi yad ediləcək

 Aprelin 7-də “Molla Nəsrəddin” jurnalının birinci nömrəsinin çapdan çıxmasının 108-ci ildönümü münasibətilə bu dərginin yaradıcısı və naşiri, görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin Fəxri xiyabandakı məzarı önündə ədibin xatirəsini anma tədbiri keçiriləcəkdir.Cəlil Məmmədquluzadənin ev-muzeyindən AzərTAc-a bildirmişlər ki, elm, ədəbiyyat, incəsənət xadimlərinin , məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəkləri tədbirdə ədibin həyat və yaradıcılığından söhbət açılacaqdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb