Muğannanın xanımı pulsuzluqdan əməliyyat oluna bilmir

16:58 | 19.06.2014
Muğannanın xanımı pulsuzluqdan əməliyyat oluna bilmir

Muğannanın xanımı pulsuzluqdan əməliyyat oluna bilmir

“Mən sevinirəm ki, İsanın özü kimi yaxşı dostları olub. Çünki, onun ölümündən sonra da onu unutmadılar. Bu 2 ay müddətində İsanın bütün dostları bizim yanımıza gəldi. Sağ olsunlar, hamısı bizə qarşı diqqətli oldu. Nizami Cəfərov, Anar tez-tez zəng edirlər. Zəlimxan Yaqub da əhvalımızı soruşur, arada gəlib bizimlə maraqlanır”.ANS PRESS-in məlumatına görə, bunu Modern.az-a açıqlamasında mərhum xalq yazıçısı İsa Muğannanın (Hüseynov) həyat yoldaşı Firuzə Hüseynova bildirib.Bu il aprelin 1-də dünyasını dəyişən xalq yazıçısının həyat yoldaşı maddi problemlərdən də şikayətlənib. O, maddi problem səbəbindən əməliyyatının gecikdiyini də qeyd edib: “İsadan sonra hər şeyə ehtiyacımız var. Maddi baxımdan bir az problemlərimiz olur. Gözüm çox zəif görür. Ehtiyacım var ki, əməliyyat olunam. Ancaq istənilən məbləğ olduqca çoxdur. Səbirli insanam, hər şeyi gözləyirəm. Bilirəm ki, bu problemim həll olacaq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb