Müdafə Nazirliyindən erməni tərəfinin yaydığı məlumatlara CAVAB

15:17 | 16.07.2020
Müdafə Nazirliyindən erməni tərəfinin yaydığı məlumatlara CAVAB

Müdafə Nazirliyindən erməni tərəfinin yaydığı məlumatlara CAVAB

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Anews.az xəbər verir ki, V.Dərgahlı bu cür məlumatların erməni tərəfinin uydurması və dezinformasiya olduğunu bildirib: "Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb