Müxalifət lideri saxlanıldı

16:49 | 05.05.2018
Müxalifət lideri saxlanıldı

Müxalifət lideri saxlanıldı

Moskvada keçirilən icazəsiz aksiyada müxalifət lideri Aleksey Navalnı saxlanılıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, onu Puşkin meydanında saxlayıblar.

Xatırladaq ki, Moskva rəhbərliyi Navalnıya 5 mayda mərkəzi meydanda yürüş keçirmək üçün icazə verməyib. Müxalifət lideri isə tərəfdarlarını paytaxt küçələrinə çağırıb. 

20 apreldə Navalnının yürüşlə bağlı müraciətinə rəsmən icazə verilsə də, fərqli marşrut təklif edilib. Şəhər rəhbərliyi aksiyanı paytaxtın mərkəzində yox, bir neçə kənar meydançada keçirilməsini təklif edib. Müxalifət lideri isə təkliflərlə razılaşmayıb və icazəsiz aksiyaya cəhd edilib. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb