Nazir: "Bu artım 660 min vətəndaşın pensiyasının artırılmasına imkan verir"

23:41 | 05.07.2019
Nazir:

Nazir: "Bu artım 660 min vətəndaşın pensiyasının artırılmasına imkan verir"

Ümumilikdə cari ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.
Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən 18 iyunda imzalanmış sərəncama əsasən minimum əməkhaqqının 180 manatdan 250 manata artırılmasından sonra Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş olacaq.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması, eyni zamanda, beynəlxalq səviyyədə Azərbaycanın reytinqinin daha da yüksəlməsinə, azmaaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, qeyri-rəsmi əməkhaqlarının leqallaşdırılmasında yeni irəliləyişlərə öz müsbət təsirini göstərir.

S.Babayev, həmçinin Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında əmək pensiyaların minimum məbləğinin cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacağı məsələsinə toxunub. Nazir bildirib ki, bu artım 660 min vətəndaşın pensiyasının artırılmasına imkan verir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb