Nazir Ledi Qaqaya verilən pullardan danışdı

15:11 | 17.06.2015
Nazir Ledi Qaqaya verilən pullardan danışdı

Nazir Ledi Qaqaya verilən pullardan danışdı

"Müqavilə imzalanmışdı”.

Gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasimindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib.

Nazir AzVision.az-a verdiyi açıqlamada bildirib ki, Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir.

"Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Nazir bir tək onu bildirib ki, deyildiyi kimi Ledi Qaqaya 2 milyon dollar qonorar verilməyib:

"Qonararın məbləği o qədər olmayıb”, - deyə Azad Rəhimov bildirib.

Qeyd edək ki, "Eurosport” saytı Ledi Qaqanın Bakıdakı çıxışı üçün 2 milyon dollar pul aldığını iddia edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb