Neft hasilatçıları Qətərdə toplaşacaqlar

10:00 | 15.03.2016
Neft hasilatçıları Qətərdə toplaşacaqlar

Neft hasilatçıları Qətərdə toplaşacaqlar

OPEK-ə üzv ölkələrin və müstəqil neft istehsalatçılarının görüşü Dohada keçirilə bilər. 

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya energetika naziri Aleksandr Novak bildirib.

Daha öncə verilən məlumata görə, fevralın 16-da Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neftin hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində dondurulmasına dair razılığa gəliblər. Bir sıra ölkələr, o cümlədən Ekvador, Əlcəzair, Nigeriya və Oman bu qərarı dəstəkləyib.

A.Novak bəyan edib ki, OPEK-in iştirakı ilə neft ixracatçısı ölkələrinin görüşü 20 mart - 1 aprel tarixləri arasında keçirilə bilər.

Bununla yanaşı, görüşün Doha, Vyana və Rusiyada keçirilməsi variantları nəzərdən keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb