Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalıb

19:30 | 30.06.2020
Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalıb

Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalıb

Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.

Anews.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus "QAZel” markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb