-Əvvəlcə,
belə bir sualdan başlayaq: bankın korporativ müştərilərinin sayında artım varmı?
2019-cu
ilin birinci yarısı ərzində 500-ə yaxın korporativ müştəri Azərbaycan Beynəlxalq
Bankında hesab açıb.
-Son dövrlər Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlıq
subyektləri ilə işi xeyli gücləndirdiyi hiss olunur. İlkin nəticələr necədir?
Hazırda biz bankımızın internet səhifəsində
sırf kiçik və orta sahibkarlar üçün ayrıca bölmə yaratmışıq. Onlar kredit üçün
müraciətlərini bizə internet səhifəmiz üzərindən onlayn qaydada da göndərə bilərlər.
Hər bir müraciətə baxılır və müvafiq qərar verilir.
-Bu subyektlərə verilən kreditlərin şərtləri necədir?
-Azərbaycan Beynəlxalq Bankı
kiçik və orta sahibkarlıq subyektlərinə krediti 84 ayadək müddətə, manatla 6%-dən
başlayan illik faiz dərəcəsi ilə təklif edir. Krediti manat ekvivalentində xarici
valyutada da almaq olar. Bank
sahibkarların arzusundan asılı olaraq kredit borcunun annuitet, fərdi və yaxud
sərbəst ödəniş cədvəli əsasında ödənilməsinə imkan yaradır.
-Bank iş adamlarına güzəştli kreditlər də verirmi?
-Azərbaycan Beynəlxalq Bankı
Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Kredit və İnkişaf Agentliyinin, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil
bankıdır. Bütün bunlar banka sahibkarlara güzəştli şərtlərlə
kredit ayırmaq imkanı yaradır. Müştərilərimiz filiallarımıza müraciət etməklə bu
imkanlardan geniş faydalana bilərlər.
-Korporativ
bizneslə bağlı yaxın hədəfləriniz, əsasən, nədən ibarətdir?
-Əsas hədəfimiz, təbii ki, bu bazarın ən fəal
və güclü oyunçularından olmaqdır. Korporativ biznesin inkişafı ilə bağlı konkret
plana uyğun fəaliyyət göstəririk. Sırf korporativ müştərilərimiz üçün
düşündüyümüz bir sıra innovativ yeniliklərimizi artıq istifadəyə vermişik. Bankın
korporativ seqment üçün nəzərdə tutulmuş İnternet Bankçılıq xidmətinə "Mailbox”,
"Asan İmza” ilə qoşulmaq imkanı kimi yeni funksiyalar əlavə olunub. Bütün bunlar korporativ müştərilərimizin
işini daha da asanlaşdırır.
Hazırda bankın yeni strategiyası formalaşır,
bu strategiyada da korporativ biznes mühüm yer tutur. Bu baxımdan, deyə bilərik
ki, bu il Azərbaycan Beynəlxalq Bankının korporativ müştəriləri üçün yeni
imkanlar ilidir.
-Bildiyimiz qədər,
bank Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq
haqqında Niyyət Protokolu da imzalayıb. Burada əsas niyyət nədir?
-Bəli, aprelin əvvəlində belə bir Niyyət Protokolu imzalandı. Sənəd
kiçik və orta biznesə dəstək məqsədilə
müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bir məqamı da diqqətinizə
çatdırım ki, Azərbaycan Beynəlxalq Bankı Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi ilə belə bir əməkdaşlıq sənədi imzalamış ilk bank oldu.
-Kiçik və orta
biznesə dəstək məqsədilə müxtəlif tədbirlər deyərkən, əsasən, hansı tədbirlər nəzərdə
tutulur?
-Müxtəlif istiqamətlərdə birgə tədbirlərimiz olacaq. Bu gün dövlət və özəl sektor arasında əlaqələrin
genişləndirilməsi, kiçik və orta biznes sektorunda innovativ təşəbbüslərin həyata
keçirilməsi çox mühümdür. Çalışacağıq ki, bu sahədə fayda verək. Sahibkarların
maarifləndirilməsi ilə bağlı da layihələr nəzərdə tutmuşuq. Məsələn,
düşünürük ki, kiçik və orta sahibkarlıq subyektlərinin biznes sərgilərində, təcrübə
mübadiləsi proqramlarında iştirakına dəstək vermək onlar üçün çox maraqlı və
faydalı olar. Hazırda bu istiqamətdə işlər gedir.
Qadın sahibkarlığının dəstəklənməsi də, təbii ki, bizim üçün
prioritet təşkil edir. Bu ilin martında keçirilən Qadın Sahibkarların Forumunda
Azərbaycan Beynəlxalq Bankı olaraq yaxından iştirak etdik. Forumda 14 qadın
sahibkarımız uğurlu fəaliyyətinə görə Azərbaycan Beynəlxalq Bankı tərəfindən
mükafatlandırıldı. Bu cür motivasiyaedici təşəbbüsləri bundan sonra da davam etdirəcəyik. Hazırda
bankın korporativ müştəriləri arasında xeyli sayda qadın sahibkar var. Əlbəttə,
biz onların sayının getdikcə daha da artmasında maraqlıyıq. Müvafiq qurumlarla əməkdaşlıq
şəraitində yaxın gələcəkdə sırf qadın sahibkarlarımız üçün də maraqlı layihələr düşünürük. Çalışacağıq ki,
Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan hər bir xanım sahibkar
faydalana bilsin.
-Bildiyimiz qədər, sahibkarların maarifləndirilməsi yönümlü müəyyən layihələrə artıq başlamısınız...
-Bəli, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi və "ASAN radio” ilə birgə bu radionun efirində "Sahibkar vaxtı” adlı
maarifləndirici layihəmiz bir müddətdir ki, davam edir.
Verilişdə sahibkarlıq fəaliyyətinə aid konkret sahələr üzrə peşəkar
mütəxəssislər qonaq qismində iştirak edirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul
olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran
suallara cavab tapa bilirlər. Məqsəd cəmiyyətimizdə sahibkarların maarifləndirilməsi,
onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. Çünki bank nümayəndələri
olaraq sahibkarlarla gündəlik ünsiyyətimiz zamanı onların biznes fəaliyyətinin
ayrı-ayrı mərhələləri üzrə müəyyən suallarının olduğunu görürük. Bu baxımdan,
"Sahibkar vaxtı” verilişi onlar üçün çox maraqlı və faydalı bir platformadır.
Bu verilişi hər həftənin çərşənbə axşamı, saat 19.05-də "ASAN radio”nun efirində
dinləmək, eləcə də Azərbaycan Beynəlxalq Bankının, KOBİA-nın və radionun
Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.
-Azərbaycan Beynəlxalq
Bankı startap layihələrini də dəstəkləyirmi?
-Hazırda bu sahədə əsas dəstəyimiz, ölkədə lazımi
startap ekosisteminin yaradılmasını əhatə edir. Çünki startap layihələrinin
uğuru, ilk növbədə, belə bir ekosistemin formalaşmasından çox asılıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !