Nitsada terror qurbanlarının sayı 86 nəfərə çatıb

12:55 | 20.08.2016
Nitsada terror qurbanlarının sayı 86 nəfərə çatıb

Nitsada terror qurbanlarının sayı 86 nəfərə çatıb

İyulun 14-də Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində yaralananlardan biri xəstəxanada keçinib.

"Report" xəbər verir ki, bu barədə Fransanın hadisə qurbanlarına yardım üzrə dövlət katibi Jülyett Meadel məlumat verib.

"Biz Nitsa şəhərində terror aktı zamanı xəsarət alan kişinin vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik. İndi öldürülmüş insanların sayı 86 nəfərdir", - deyə Meadelin bəyanatında bildirilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM