Nobel mükafatçısı: “Allah Putinə ağıl versin”

18:53 | 07.12.2015
Nobel mükafatçısı: “Allah Putinə ağıl versin”

Nobel mükafatçısı: “Allah Putinə ağıl versin”

2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülən ABŞ-da yaşayan Türkiyə alimi  Əziz Sancar Rusiya ilə Türkiyə arasında Su-24 hərbi təyyarəsinin vurulmasından sonra yaranan gərginliklə bağlı açıqlama verib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, o, Rusiyanın hadisədən sonrakı mövqeyini kəskin tənqid edib.

"Allah Rusiyanın dövlət başçısı Vladimir Putinə ağıl versin. 1880-ci il dövrü, çarlıq dövrü keçdi. Artıq xəstə Türkiyə deyil, Rusiyadır. Bütün etdikləri dəliliklər, həm Rusiyaya, həm  Türkiyəyə, həm də dünyaya zərərlidir. Rus milləti ağılını başına toplayıb Putin haqqında  bir şey edərlər”, - Nobel mükafatçısı deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb