Obyektivdə. Tibbi sığorta: Xəstələnmək qəti qadağandır! - ANN.TV

09:24 | 29.06.2015
Obyektivdə. Tibbi sığorta: Xəstələnmək qəti qadağandır! - ANN.TV

Obyektivdə. Tibbi sığorta: Xəstələnmək qəti qadağandır! - ANN.TV

Müsahibim Zülfünaz Mirzəyeva iki övlad sahibidir. 60-a yaxın yaşı var. İlk oğlu ağır xəstəliyə tutulub. Deyir ki,  imkanı olmadığından onların müalicəsi üçün  evini satıb və indi yataqxanada qalır. Amma Azərbaycanda "İcbari sığorta haqqında" qanun işləsə idi, o da bir azərbaycanlı kimi bundan faydalana bilərdi.

Hazırda icbari tibbi sığorta bütün dünyada ən çox müraciət olunan sığorta növlərindəndir. Bu sığorta vasitəsilə insanlar pulsuz müayinə və müalicə imkanı əldə edirlər. İqtisadçı Azər Mehdiyev bildirib ki, prezident İlham Əliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında sərəncamı olsa da  agentlik hələ də fəaliyyətə başlamayıb.

Bir sözlə, icbari siğortanın tətbiqi ilə bağlı sistemin işləməməsi  səbəbindən   dövlət büdcəsindən icbari tibbi sığortanın tətbiqinə ayrılan 181 milyon manatdan çox vəsait istifadə olunmadan hər il  büdcəyə qaytarılr. Və onun işə salınması üçün ekspertlərin fikrincə, azı 5-6 il tələb olunur.
 
 Hazırladı: Aynur Məmmədova
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM