Paşinyan NATO baş katibi ilə İrəvan-Bakı danışıqlarını müzakirə edib

13:17 | 19.03.2024
Paşinyan NATO baş katibi ilə İrəvan-Bakı danışıqlarını müzakirə edib

Paşinyan NATO baş katibi ilə İrəvan-Bakı danışıqlarını müzakirə edib

Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq regional tur çərçivəsində bu gün Ermənistana gedib.Stoltenberq İrəvanda baş nazir Paşinyanla görüşüb.Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
 
Təkbətək görüşdə tərəflər İrəvan və Bakı arasında münasibətləri müzakirə edib,Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

Onlar həmçinin Ermənistan-NATO qarşılıqlı fəaliyyəti məsələlərini nəzərdən keçirib, regional problemlər barədə danışıblar.

Bundan sonra tərəflər geniş tərkibdə görüşü davam etdiriblər.

Bundan əvvəl Stoltenberq Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra bildirib ki, uzun illərdən sonra İrəvanla Bakı arasında sabit və davamlı sülh əldə etmək şansı var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb