• $
  • €
  • ₽
  • ₺
  • £

Artur Rasizadə: Hökumət bütün lazımi addımları atacaq

Artur Rasizadə: Hökumət bütün lazımi addımları atacaq
29.05.2020 08:36
Sentyabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, görüşdə strateji xarakter kəsb edən Azərbaycan-Türkiyə əlaqələrinin geniş imkanlara malik olduğu bir daha vurğulanıb. Qeyd olunub ki, qardaş ölkələr arasında qlobal enerji və nəqliyyat layihələrinin uğurla davam etdirilməsi, habelə mədəniyyət, təhsil, rabitə, telekommunikasiya, kənd təsərrüfatı, ticarət və digər qeyri-neft sahələri üzrə işbirliyinin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur.

Bu vaxtadək görülən işlərin nəticəsində Azərbaycanla Türkiyə arasında stabil qarşılıqlı faydalı əməkdaşlığın qurulduğunu deyən Baş nazir Artur Rasizadə bu əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi addımların atılacağını əminliklə bildirib.

Görüşə görə Azərbaycanın Baş nazirinə minnətdarlıq edən Feridun Sinirlioğlu dost, qardaş Türkiyə ilə Azərbaycanın daim bir-birinə hərtərəfli dəstək verməsi baxımından mövcud imkanlardan səmərəli yararlanmağın vacibliyini önə çəkib.

Söhbət əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunularkən problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair həmrəy mövqedən çıxış edən tərəflər, eyni zamanda, dünyada və regionda baş verən qlobal proseslər fonunda ikitərəfli münasibətlərin perspektivi və digər aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun görüşdə iştirak edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol