• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadığı üçün Qərbin təzyiqinə məruz qalır"

"Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadığı üçün Qərbin təzyiqinə məruz qalır"
26.10.2015 15:52
"Azərbaycan Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina etdiyi üçün Qərb ölkələrinin təzyiqlərinə məruz qalır".
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov rusiyalı jurnalistlərə açıqlamasında deyib. "Bizim prezidentimiz müstəqil siyasət yeritmək istəyir və bu, çoxlarının xoşuna gəlmir. Bizə olan təzyiqlərin əsl səbəbi budur”, - deyə o, söyləyib.
 
O. Əsədov ATƏT DTİHB-in Azərbaycanda seçkiləri izləməkdən imtina etməsi məsələsinə də aydınlıq gətirib: "Bizə məktub göndərdilər ki, Azərbaycana 400 müşahidəçi göndərəcəklər. Biz sual verdik ki, niyə 400, sizin metodologiyanıza nə oldu? Bizim 9 milyon əhalimiz var, siz 400 nəfər göndərirsiniz. Ukraynada 45 milyondur, ora da 400 nəfər göndərirsiniz. Türkiyədə 80 milyon insan yaşayır, amma oraya ümumiyyətlə, 18 nəfər göndərmisiniz. Onlar metodologiyanı izah etməyərək müşahidə missiyası göndərməkdən imtina etdiklərini açıqladılar və bunu Azərbaycanın müşahidəçiləri qəbul etməyə hazır olmadığı kimi əsaslandırdılar. Bizdə seçkiləri 22 beynəlxalq təşkilat müşahidə edəcək. Bu, kifayətdir. MDB Parlamentlərarası Assambleyası, MDB, AŞPA var. Onlar iştirak edəcəklər və bu, yetərlidir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol