REAL-ın bir qrup üzvü Türkiyə səfirliyini ziyarət etdi - FOTOLAR

Respublikaçı Alternativ Hərəkatının bir qrup üzvü Ankarada baş vermiş terror faciəsi ilə əlaqədar olaraq Türkiyənin Azərbaycandakı səfirliyi önünə gediblər.
Qaynar.info xəbər verir ki, REAL-çılar saat 12 radələrində Türkiyənin paytaxtı Ankarada baş vermiş terror faicəsi ilə əlaqədar səfirliyin önündə toplaşaraq, terror qurbanlarının xatirəsini yad ediblər. Tədbir iştirakçıları səfirliyin önünə gül dəstələri qoyaraq, şam yandırıblar.
Tədbirin təşkilatçıları - Elkin Xəlilov və Toğrul İsmayılov baş vermiş terror faciəsinin sivil dünya üçün utancverici hadisə olduğunu qeyd ediblər.
Qeyd olunub ki, Türkiyə-Azərbaycan üçün qonşu ölkə olması ilə yanaşı, həmçinin strateji müttəfiqdir, dost və qardaş ölkədir. Orada baş verən faciəvi olay bizlər üçün də üzücüdür. Tədbir işçirakçıları bəyan ediblər ki, terrorla mübarizədə Türkiyə xalqının və dövlətinin yanındadırlar.









www.ann.az
Son xəbərlər 
Daha çox 























