• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Seyidov: “İnsan Haqları üzrə İşçi Qrupuna qara yaxmağa çalışırdılar”

Səməd Seyidov: “İnsan Haqları üzrə İşçi Qrupuna qara yaxmağa çalışırdılar”
01.06.2016 18:23
"Çox çalışırdılar ki, İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyətini dayandırsınlar, ləkə yaxsınlar”.
 
APA-nın məlumatına görə, bunu İşçi Qrupun həmsədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov Qrupun bu gün keçirilən dinləməsində bildirib. O qeyd edib ki, İşçi Qrupunun fəaliyyətinin dayandırılması mümkün olmayacaq: "İnsan haqları qlobal problemdir. Biz insan haqları məsələsinə diqqətlə yanaşırıq, bu? bundan sonra da belə olacaq”.
 
Onun sözlərinə görə, Azərbaycana qarşı bəzi qüvvələr insan haqlarından istifadə edərək təzyiq göstərməyə çalışır: "Amma Azərbaycanda aparılan siyasət, qanunun aliliyi onların niyyətlərinin gerçəkləşməsinə imkan vermir. Ölkəmizdə insan haqlarının qorunması ilə bağlı mühüm addımlar atılır. Biz kiməsə xoş gəlmək üçün demokratik dəyərlərə qiymət vermirik. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır. İnsan haqları kimi ali dəyərdən istifadə edərək dövlətlərə təzyiq edilməməlidir”.
 
Səməd Seyidov deyib ki, 2015-ci ilin martın 15-də imzalanan əfv sərəncamı ilə 101 nəfər, 2015-ci ilin dekabrın 28-də imzalanan əfv sərəncamı ilə 210 nəfər, 2016-cı ilin martın 17-də imzalanan əfv sərəncamı ilə isə 148 nəfər azadlığa buraxılıb: "Bu istiqamətdə insan haqları məsələləri üzrə birgə işçi qrupunda təmsil olunan qeyri-hökumət təşkilatlarının işi təqdirəlayiqdir”. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol