• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan tankçıları hərbçilərin beynəlxalq yarışlarında uğurla çıxış ediblər

Azərbaycan tankçıları hərbçilərin beynəlxalq yarışlarında uğurla çıxış ediblər
12.08.2016 21:14
Rusiya Federasiyasında keçirilən "Beynəlxalq Ordu Oyunları - 2016” yarışlarının "Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tank heyətləri uğurlu nəticə əldə ediblər.

Müdafiə nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, 17 ölkədən 54 tank heyətinin yarışdığı beynəlxalq hərbi turnirdə tankçılarımız ümumi nəticədə yeddinci yerə, ən yaxşı heyət siyahısında reytinqə görə sıralamada isə beşinci yerə layiq görülüblər.

"Tank biatlonu” müsabiqəsində ilk dəfə iştirak edən Azərbaycan tankçıları müxtəlif tapşırıqları yüksək səviyyədə icra edərək hədəfləri ustalıqla məhv edib, maneələri bacarıqla keçərək yüksək idarəçilik qabiliyyəti nümayiş etdiriblər.

Qeyd edək ki, müsabiqəyə öz tankları ilə qatılan komandalardan fərqli olaraq, hərbçilərimiz püşkatma yolu ilə onlara düşən tanklarda çıxış etmələrinə baxmayaraq ayrı-ayrı mərhələlərdə qaliblər sırasında olublar.

Ümumi nəticədə Ermənistan komandasını geridə qoyan tankçılarımızın peşəkarlığı, bacarığı yarışların münsiflər heyəti, hakimlər, eləcə də mütəxəssislər və müxtəlif ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, iyulun 30-dan başlayan müsabiqə Rusiya, Belarusiya, Qazaxıstan və Çin tank heyətlərinin iştirakı ilə avqustun 13-də keçiriləcək final mərhələsi ilə sona çatacaqdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol