Bosniya və Herseqovinanın XİN başçısı Azərbaycana gələcək

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak 1-2 dekabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Azərbaycan Xarici işlər nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən xəbərə görə, səfər çərçivəsində İqor Çrnadakın 1 dekabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Kamil ƏMİRLİ
www.ann.az
Son xəbərlər 
Daha çox 























