• $
  • €
  • ₽
  • ₺
  • £

"Ermənilər Azərbaycan-İsrail əməkdaşlığına qısqanclıqla yanaşır" - Politoloq

"Ermənilər Azərbaycan-İsrail əməkdaşlığına qısqanclıqla yanaşır" - Politoloq
13.12.2016 12:55
Bu gün İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana rəsmi səfər edəcək.

ANN.Az xəbər verir ki, Netanyahunun prezident İlham Əliyevlə görüşü baş tutacaq. Görüşlər zamanı regional, həmçinin iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə olunacaq.

Netanyahunun Azərbaycana səfərini şərh edən politoloq Arzu Nağıyev ANN.Az-a bildirib ki, erməni tərəfi Azərbaycan və İsrail arasında olan münasibətlərə qısqanclıqla yanaşır:

 
"İsrail dünyada sözünü deyən və məxsusi dəst-xətti olan, anti-terror əməliyyatları aparan dövlətdir. Azərbaycanda da xeyli İsrail vətəndaşı yaşayır, eyni zamanda, İsrailin ölkəmizdə Beynəlxalq Assosiasiyası fəaliyyət göstərir. Bu səbəbdən də, ermənilər bu yaxınlığa qısqanclıqla yanaşır. Dağlıq Qarabağ münaqişəsinin həllində İsrail öz rolunu bildirir. İki ölkə arasında hərbi sahədə əməkdaşlıq müqavilələrinin mövcudluğu Ermənistanı ciddi narahat edən məsələlərdən biridir. Bununla yanaşı, Xocalı hadisəsi və digər hadisələrlə bağlı İsrail daim Azərbaycanı dəstəkləyən ölkə olub. İsrailin apardığı anti-terror əməliyyatları Azərbaycan tərəfindən də dəstəklənir. Baxmayaraq ki, bir sıra qonşu dövlətlər Azərbaycan-İsrail münasibətlərinin inkişafının əleyhinədir, lakin biz balanslı siyasət yürütməklə, dostluq və xarici əlaqələrimizi inkişaf etdiririk”. 

A. Nağıyev bildirib ki, yəhudi icması ilə də münasibətlərimiz də yüksək səviyyədədir: 

"Netanyahu səfər çərçivəsində yəhudi məktəbində Azərbaycanda yaşayan yəhudi icması ilə görüş keçiriləcək".
 
Politoloq qeyd edib ki, görüşün əsas məqsədlərindən biri də, məhz Fələstin-İsrail münasibətlərinin tənzimlənməsində Azərbaycanın barışdırıcı olmasıdır.
 
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli, hərbi silah-sursat müqavilələri, kənd təsərrüfatı, nanotexnologiyalarla bağlı danışıqlar aparıla bilər.

Kamil Əmirli
Şəbnəm Cavadzadə
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol