• $
  • €
  • ₽
  • ₺
  • £

"Gələn il Gürcüstan və Rusiya ilə görüşlər keçiriləcək" - Nazir müavini

"Gələn il Gürcüstan və Rusiya ilə görüşlər keçiriləcək" - Nazir müavini
27.12.2016 13:26
"Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı mütəmadi görüşlər keçirilir”.

ANN.Az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavinin sözlərinə görə, Rusiya ilə delimitasiya məsələsi bitib, demarkasiya prosesi isə davam edir:

"Bu, uzun prosesdir. Əvvəlcə, Normativ hüquqi baza formalaşmalıdır. Bundan sonra fiziki olaraq sərhəd xəttinin qurulması ilə bağlı istehsal olunacaq məhsullar üzərində işlərə başlanılacaq. 2017- ci ilin ilk rübündə hər iki ölkə ilə komissiyanın iclaslarını keçirəcəyik. Konkret olaraq Rusiya ilə işçi qrupları səviyyəsində işlərimizi başa çatdırmışıq. Komissiyanın iclasının keçirilməsinə dair hazırlıq var. Gürcüstan tərəfi ilə işlər bir qədər uzun çəkəcək. Çünki Gürcüstanla hələ delimitasiya prosesi aparılır. Nümayəndələr heyəti və komissiya səviyyəsində işlər aparılır. Son vaxtlar komissiyanın iclası keçirilməsə də, işçi qruplarının iclası mütəmadi keçirilir”.
 
 
"Ümumi sərhəd xəttinin 2/3 hissəsi komissiyalar səviyyəsində razılaşdırılıb, protokollar səviyyəsində rəsmiləşdirilib. Qalan hissəsini başa çatdırmalıyıq. Bunun üçün də razılaşdırılmamış, açıq qalan məsələlər üzərində işlər davam etdiriləcək. Delimitasiya başa çatandan sonra demarkasiya hissəsinə keçə bilərik. Hər prosesə dair tənzimlənmə mexanizmi olmalıdır. Rusiya ilə delimitasiya müqaviləsi imzalanıb. Gürcüstanla isə proses davam edir. Bu, mühüm məsələdir, daim dövlətin nəzarətindədir. Komissiyalar fəaliyyətini davam etdirir", - deyə Xələf Xələfov əlavə edib.

Vüsal Əzizov

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol