• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Rusiyanın insan hüquqları üzrə müvəkkilini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiyanın insan hüquqları üzrə müvəkkilini qəbul edib - YENİLƏNİB
28.12.2016 16:44
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edib.
 
T. Moskalkova Rusiya Federasiyasının bütün ombudsmanları adından prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və işlərində uğurlar arzulayıb.
 
T. Moskalkova Rusiya Federasiyasının Dövlət Dumasında çalışdığı zaman prezident İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırlayıb. O, yeni vəzifədə - Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışmağa başladığı dövrdən azərbaycanlı həmkarları ilə çox sıx əməkdaşlıq qurulmasından məmnunluğunu bildirib. Xanım T. Moskalkova Azərbaycanın və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri arasında bu gün imzalanan müqavilənin əməkdaşlığımız üçün keyfiyyət baxımından yeni hüquqi əsas yaratdığını deyib. Rusiyalı qonaq bu gün Bakıda Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən konfransın önəmini qeyd edib.
 
Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən prezident İlham Əliyev T. Moskalkovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Bakıda keçirilən konfransın çox önəmli bir mövzuya həsr olunduğunu bildirən dövlət başçısı Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili” elan olunduğunu vurğulayaraq bu sahədə ölkəmizdə böyük işlərin görüldüyünü qeyd edib. Multikulturalizm və insan hüquqlarının çox aktual mövzular olduğunu deyən dövlət başçısı bildirib ki, bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb, miqrantlara qarşı müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri tərəfindən açıq hücumlar edilir və bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir. Dövlət başçısı buna görə də bu problemlərin həll olunması, insan hüquqlarının və multikulturalizm ideyalarının qorunmasında vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin böyük önəm daşıdığını qeyd edib.
 
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
*** 
 
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 28-də Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanı qəbul edib.

ANN.Az xəbər verir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol