• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi ekspert: "Düşmənin bütün strateji obyektləri Azərbaycan ordusunun nəzarəti altındadır"

Hərbi ekspert: "Düşmənin bütün strateji obyektləri Azərbaycan ordusunun nəzarəti altındadır"
27.01.2017 16:50
"Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Düşmənin bütün strateji obyektləri ordumuzun nəzarəti altındadır. Lazımi an onların hamısı məhv ediləcək”.

ANN.Az xəbər verir ki, bunu "Report”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev deyib. 

O qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahlar, döyüş helikopterləri və təyyarələri, ən müasir hava hücumundan müdafiə vasitələri, zirehli texnika, tanklar və artilleriya qurğuları ilə təchiz edilib:
 
"Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan düzgün vurğulayır ki, regionda hərbi siyasi balans dəyişkəndir və hərbi, siyasi, iqtisadi və informasiya faktorlarından asılıdır. Bununla da o bir daha təsdiq edir ki, sadaladığı hər bir faktorlara görə Azərbaycan Ermənistanı üstələyib.
Azərbaycan ordusunda yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik ən müasir silahlar var. Azərbaycan Rusiyadan, Türkiyədən, İsraildən, Pakistandan və digər ölkələrdən düşmənin hərbi obyektlərini vurmaq imkanına malik müxtəlif növ raketlərin tədarükünü həyata keçirib".

Ekspert vurğulayıb ki, bundan başqa artıq Belarus tərəfi də Azərbaycana 250 km mənzilli "Polonez” raket kompleksinin satılmasına dair razılıq əldə olunduğunu açıqlayıb:
 
"Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol