• $
  • €
  • ₽
  • ₺
  • £

Polis veteranlarının iştirakı ilə cinayətin üstü açılıb

Polis veteranlarının iştirakı ilə cinayətin üstü açılıb
24.04.2017 22:00
Veteranlardan bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.

REPORT.AZ/ Son illər ölkənin bütün bölgələrində polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir, onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.

DİN-in mətbuat xidmətindən "Report”a verilən məlumata görə, əksər ərazi polis orqanlarında veteranlar şuralarına xidməti otaqların ayrılması onların fəaliyyətlərini lazımi tələblər səviyyəsində qurmağa imkan verir.

Şuranın üzvləri qarşıya qoyulan vəzifələrin icrasında xüsusi fəallıq göstərir, vaxtaşırı təhsil müəssisələrində olur, ictimaiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslərlə görüşlərdə dini ekstremizmin, radikal cərəyanların, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nigahların fəsadları barədə ətraflı məlumat verirlər. Gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Təkcə bu ilin birinci rübü ərzində respublikanın müxtəlif bölgələrində polis veteranları orta məktəblərdə, lisey və gimnaziyalarda gənclərlə 980 görüş keçiriblər. Onların iştirakı ilə 1550 cinayət hadisəsinin açılması təmin olunub.

Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol