• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva Ermənistandan üz döndərsə, Tehran ona yardım etməyəcək

Moskva Ermənistandan üz döndərsə, Tehran ona yardım etməyəcək
22.06.2017 12:01
Rusiyanın ekspert cəmiyyətində NATO və Ermənistan və ümumiyyətlə,  Yerevanın Qərblə qarşılıqlı fəaliyyətinə dair müzakirələr başlayıb. Bununla əlaqədar "Rosbalt” nəşrinin şərhçisi İrina Corbenadze "Yerevan Qərbə meyl göstərməyə hazırdırmı və buna görə Rusiya və İran onu necə cəzalandıracaq?” sualını birbaşa qoyub. 

Anews.az AZE.az-a istinadən xəbər verir ki, belə mülahizələrə səbəb NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Yerevana səfəri, Serj Sarkisyan və parlament spikeri Ara Babloyanla görüşü olub.

Qeyd edilir ki, Appaturayın səfəri Ermənistan və Aİ arasında əməkdaşlığa dair sazişin imzalanması ərəfəsində baş tutub. "Ermənilər "mehriban buzov” fəlsəfəsində bir neçə dəfə yanılıblar, amma deyəsən, bir daha risk etmək qərarına gəliblər”, - Corbenadze bəyan edib. 

Yeri gəlmişkən, "Novosti-Armeniya” nəşrinə verdiyi müsahibədə Appaturay Ermənistanın həm NATO-nun etibarlı tərəfdaşı, həm də KTMT-nin üzvü ola biləcəyini iddia edib. Bunun necə mümkün olacağının təfərrüatlarını isə açıqlamayıb. 

Ermənistan həqiqətənmi üzünü Qərbə çevirib, Rusiya və İran buna necə reaksiya verəcək?

Daxili və xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk haqqin.az ilə söhbət zamanı qeyd edib ki, Ermənistan heç vaxt ABŞ, Avropa İttifaqı və Qərblə əlaqələrini kəsməyib. 

"Bir neçə il öncə, Ukrayna və onun Moskva ilə münasibətinə dair sual meydana çıxarkən, Yerevan Avropa deyil, Avrasiya inteqrasiyasını seçdi. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Ermənistan iqtisadiyyat və Qarabağ münaqişəsi də daxil olmaqla, Rusiyanın onun bütün problemlərini həll edəcəyinə inanırdı”, - analitik deyib. 

Amma son illər ərzində istənilən prosesin özünəməxsus çətinlikləri olduğu üzə çıxdı. Erməni tərəfi bu çətinlikləri, sadəcə, görüb qeyd etməklə qalmır, həm də onları öz siyasətçiləri, ekspertləri, jurnalistləri vasitəsilə birbaşa olaraq Rusiyaya ünvanlayır. 

"Avropa və Avrasiya inteqrasiyasının müqayisəli mənfi və müsbətlərinə baxmayaraq, Yerevan ikinci halda müsbətin daha çox olduğunu anlayır. Ən azından, hələlik anlayır. Ona görə də risk etməyə hazırlaşmır. Amma vəziyyət pisləşərsə, bütün variantları və ən əsası, Ermənistanın Qərblə əlaqələrinin güclənməsini nəzərə almaq lazımdır. Burada təccüblü heç nə yoxdur: məlum olduğu kimi balıq suyun dərinini, insan isə yerin rahatını yer axtarır”.

Trofimçukun sözlərinə görə, Avropa İttifaqı, NATO və digər Qərb strukturları, Yerevandan, necə deyərlər, inciməyəcəklər. Onlar gözləyə bilərlər, çünki tələsmirlər. Bu səbəbdən də Qərb-Ermənistan xətti üzrə münasibətlərin formatı hazırda əlaqələrin dəstəklənməsi və yaxud da fəal dəstəklənməsidir. Erməni hakimiyyətinə bu əlaqələri Rusiya qadağa edə bilməz, çünki bura SSRİ deyil. 

Ekspertin fikrincə, Ermənistanın bundan sonrakı addımları yalnız RF-nin daxil olduğu regional blokların uğurundan deyil, tamamən geosiyasi vəziyyətdən asılı olacaq. Təəssüf ki, bu vəziyyət yaxşılaşmır, əksinə, pisləşir, bunu yetərincə dəqiq və açıq demək olar.  

"Ermənistan Qərb fəallığına İranın reaksiya verməsi ikinci dərəcəli məsələdir. Ermənistan üçün Rusiyanın reaksiyası daha vacibdir, nəinki Tehranın. Axı Moskva Ermənistandan üz döndərərsə, Tehran (hətta iki Tehran) ona yardım etməyəcək. Moskva ilə müqayisədə İran heç vaxt həddən artıq səxavətli olmayıb”, - həmsöhbət vurğulayıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol