• $
  • €
  • ₽
  • ₺
  • £

Konstitusiya Məhkəməsi: Bu təxribatlara görə Ermənistan cavab verməlidir

Konstitusiya Məhkəməsi: Bu təxribatlara görə Ermənistan cavab verməlidir
08.07.2017 11:27
"Şübhəsiz ki, Füzulidə baş verən son faciəvi hadisə ilə bağlı, eləcə də, bundan əvvəl Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı soyqırımı, çoxsaylı zorakılıq və işgəncə aktları, qeyri-insani davranış və digər kütləvi cinayətlər beynəlxalq təşkilatlar tərəfindən qərəzsiz araşdırılsa, Ermənistanın siyasi və hərbi rəhbərliyi beynəlxalq məhkəmələr qarşısında məsuliyyətə cəlb olunacaq.

Anews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Rauf Quliyev deyib.

R.Quliyev qeyd edib ki, Ermənistanın işğalçı qoşunlarının iyulun 4-də dinc soydaşlarımıza qarşı törətdikləri növbəti hərbi cinayət nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin sakinləri olan iki yaşlı uşaq və onun nənəsi vəhşicəsinə qətlə yetirilib: "Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, dinc əhaliyə qarşı Ermənistanın silahlı qüvvələri tərəfindən zorakılıq aktlarının işlənməsi işğalçıların 2016-cı ilin aprel döyüşlərindən sonra döyüş ruhunun yox səviyyəsində olmasını və öz gücünü yalnız silahsız uşaq və qadınlara qarşı işlətməyə qadir olduqlarını nümayiş etdirir”.

Aparat rəhbəri əlavə edib ki, yaşamaq hüququ Azərbaycan Respublikasının Konstitusiyasında ən fundamental hüquqlardan biri kimi bəyan edilib: "Bu hüquq, o cümlədən uşaqların hüquq və azadlıqlarının qorunması ilə bağlı təminatlar bir çox beynəlxalq çoxtərəfli müqavilələrdə də təsbit edilib”.

R.Quliyevin sözlərinə görə, dinc vətəndaşlarımıza qarşı törədilmiş bu hərbi cinayət bir daha sübut etdi ki, Ermənistan dövlət orqanları beynəlxalq təşkilatların acizliyindən sui-istifadə etməklə davamlı təxribatlara əl atmağa çalışırlar: "Bu təxribatlar Ermənistanın silahlı qüvvələri tərəfindən həyata keçirilsə də, onlara görə məsuliyyəti Ermənistanın bütün dövlət orqanları daşıyır. Əmin olduğumuzu bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək. İşğalçı Ermənistanın silahlı qüvvələri işğal olunmuş torpaqlarımızı tərk etməyə məcbur olacaq, qaçqın və doğma torpaqlarından didərgin düşmüş soydaşlarımız öz ocaqlarına qayıdacaq, Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi dövlətimizin bütün ərazisində bərpa ediləcək”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol