• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Avstriyada ATƏT nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Bu gün Avstriyada ATƏT nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək
11.07.2017 17:00
Bu gün Avstriyanın Mauerbax kommunasında ATƏT nazirlərininn qeyri-rəsmi görüşü keçiriləcək.

anews.az Report-a istinadən xəbər verir ki, görüşün əsas mövzusu təşkilat ərazisində münaqişələr və təhlükəsizliyə təhdidlər olacaq.

"Dialoq və əməkdaşlıq vasitəsilə etimad yaradılması” şüarı altında keçiriləcək görüşdə həmçinin miqrasiya, terrorizmə qarşı mübarizə, insan hüquqları, qanunun aliliyi və demokratiya, bu il dekabrın 7-8-də Vyanada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclasına hazırlıq məsələləri üzrə müzakirələr aparılacaq.

İclasa ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Avropa, inteqrasiya və xarici işlər üzrə federal naziri Sebastyan Kurts sədrlik edəcək. İclasda ATƏT-ə üzv 57 ölkənin nazirləri, ATƏT PA-nın prezidenti və baş katibi iştirak edəcək.

Plenar iclasdan sonra müzakirələr iki interaktiv dəyirmi masa çərçivəsində davam edəcək. "Terrorizmə səbəb olan zorakı ekstremizm və radikallaşmaya qarşı mübarizə” mövzusunda keçiriləcək dəyirmi masalardan biri ATƏT-in fəaliyyətdə olan sədrinin radikallaşma və zorakı ekstremizm üzrə xüsusi nümayəndəsi Piter Neymann tərəfindən təqdim olunacaq. İkinci dəyirmi masa "ATƏT regionunda cari və gələcək çağırışlara və təhlükəsizlik riskləri üzrə strukturlaşdırılmış dialoq”a həsr olunacaq.

Xatırladaq ki, Mauerbaxdakı görüş çərçivəsində həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü də planlaşdırılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol