• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib

Prezident  Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib
18.07.2017 16:55
Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir.

Prezident İlham Əliyev Rəşid Meredovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. "Report"un xəbərinə görə, dövlət başçısı bildirib ki, Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev qeyd edib ki, bunu həm xalqlarımız arasında mövcud olan tarixi əlaqələr, həm də bugünkü reallıqlar zəruri edir və biz bu cür münasibəti Türkmənistan tərəfindən də görürük. Dövlət başçısı bu baxımdan qarşıdakı illərdə əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. 

Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirildiyini deyən Prezident İlham Əliyev qardaş və qonşu ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səyləri əsirgəməyəcəyini bildirib. İyulun 19-da ölkəmizdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında keçiriləcək görüşə toxunan Prezident İlham Əliyev bunun yaxşı əməkdaşlıq formatı olduğunu vurğulayaraq bu formatın üçtərəfli əlaqələr və regional məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov deyib: "İlk növbədə icazə verin qardaşınız, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından səmimi salamları və dərin ehtiramı Sizə çatdırım. Mən Bakıya gələrkən o bildirib ki, Türkmənistan ilə Azərbaycan arasında əlaqələr bu gün fəal şəkildə yüksələn xətlə inkişaf edir və bu inkişaf dinamikası ilk növbədə iki dövlət başçısı arasında mövcud olan açıq, səmimi və dostluq xarakteri daşıyan siyasi təmaslara əsaslanır”. Rəşid Meredov qeyd edib ki, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşləri və təmasları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi işinə güclü təkan verir. Bu münasibətlər siyasi, diplomatik dəyərləndirmə baxımından nümunəvi xarakter daşıyır. O, vurğulayıb ki, əlaqələrimizin gündəliyində duran məsələlər həm ikitərəfli münasibətlər baxımından, həm də regional və qlobal baxımdan aktualdır.

Dövlət başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol