Yaxın vaxtlarda Azərbaycanda Kosta-Rika səfirliyi açılacaq

Bununla əlaqədar yaxın günlərdə Kosta-Rikanın Azərbaycanda müvəqqəti işlər vəkili Bakıya gələcək.
Azərbaycanda yaxın zamanlarda Kosta-Rika səfirliyi açılacaq.
"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfirliyin açılması avqustun ortalarında gözlənilir.
Bununla əlaqədar yaxın günlərdə Kosta-Rikanın Azərbaycanda müvəqqəti işlər vəkili Hayro Fransisko Lopes Bolanos (Jairo Francisco Lopez Bolanos) Bakıya gələrək səfirlik üçün müvafiq yerin axtarışı və digər inzibati məsələlərlə məşğul olacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























