• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrəlilər qondarma Qarabağdan getdi

İsveçrəlilər qondarma Qarabağdan getdi
18.12.2017 09:13
İsveçrənin "Swisscom" şirkəti qondarma "Karabakh Telecom” ilə əməkdaşlığa xitam verib. Bu barədə Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya daxil olan məlumatda bildirilir.  Məlumatda bildiriliİsveçrənin aparıcı mobil operatoru "Swisscom”un Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom” ilə əməkdaşlığı barədə məlumat əldə edən Azərbaycanın İsveçrədəki səfirliyi həm "Swisscom” şirkətinin rəhbərliyi, həm də İsveçrə Konfederasiyasının müvafiq dövlət qurumları ilə davamlı iş apararaq, "Karabakh Telecom” şirkətinin fəaliyyətinin qanunsuzluğunu və işğal olunmuş ərazilərimizdə Ermənistanın ölkə kodu ilə fəaliyyət göstərdiyini, bu qanunsuz hərəkəti ilə işğal faktını qanuniləşdirməyə çalışdığını izah etmiş, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik nümayiş etdirən qondarma "Karabakh Telecom” şirkəti ilə əməkdaşlığının ölkələrimiz arasında dost münasibətlərə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
 
 "Qeyd edək ki, "Swisscom” şirkətinin səhmlərinin nəzarət paketi İsveçrə hökumətinə məxsus olsa da, şirkət idarəetmədə muxtariyyətə malikdir. Bu baxımdan, İsveçrə Federal Xarici İşlər Departamentindən "Swisscom”un qanunsuz "Karabakh Telecom” şirkəti ilə rominq tərəfdaşlığı barədə məlumatsız olduqlarını və yalnız Səfirliyimizin bu barədə bildirişindən sonra bu məlumata yiyələndiklərini etiraf ediblər. "Swisscom”un öz işini biznes qaydaları və maraqları çərçivəsində qurduğu və siyasətə qətiyyən qarışmadığı qeyd edilsə də, Azərbaycan Səfirliyinin gətirdiyi dəlilləri, beynəlxalq hüquq prizmasından Azərbaycan tərəfinin haqlı olduğunu, məsələnin xalqımız üçün həssaslığını və ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, "Swisscom”un "Karabakh Telecom”la əməkdaşlığına xitam verilməsi barədə qərar qəbul edilib ", deyə məlumatda bildirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol