• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhəyə göndərilən silahlar İrəvanı vəlvələyə saldı - VIDEO

Cəbhəyə göndərilən silahlar İrəvanı vəlvələyə saldı - VIDEO
23.01.2018 10:13
Azərbaycanın Rusiyadan aldığı yeni silahlar həmişəki kimi, yenə də Ermənistanda ciddi narahatlığa səbəb olub.

Publika.az xəbər verir ki, yanvarın 19-da Rusiyadan yeni hərbi texnikanın növbəti partiyası Azərbaycana gətirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Rusiyada müasir texnikanın Bakıya gətirilməsi və qısa müddətə cəbhə xəttinə göndərilməsi üçün hazırlanması işğalçı ölkənin qorxularını daha da artırıb.

Ermənistan mediası ağır texnikanın cəbhəyə göndərilməsinin Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələri üçün təhlükəli nəticələrə səbəb olacağına diqqət çəkir. Xüsusilə bu tip hərbi texnikanın 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilməsi, düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsində mühüm paya sahib olması ermənilərin təşvişini ikiqata çıxarıb.

Erməni siyasi şərhçi Sərkis Artsruni yazır ki, Rusiya reallıqda müttəfiqi Ermənistana qarşı çıxır:

"Azərbaycana silah satışında heç bir maneələr yaranmayıb, əksinə Moskva və Bakı uğurla əməkdaşlıq edir. Bu isə Azərbaycan Ordusunun ciddi şəkildə güclənməsi və rəsmi Bakının "əraziləri hərbi yolla azad etmək” variantına hər keçən gün yaxınlaşmasına zəmin yaradır. "Aprel müharibəsi”ndə Rusiya Ermənistanı dəstəkləmədi və dəqiqliklə deyə bilərik ki, hər hansı yeni müharibədə də bu belə olacaq”.

S.Artsruni Ermənistan hakimiyyətinin susqunluğunu tənqid edib.

"İrəvanda Rusiyaya etiraz etmək resursuna malik deyillər. Faktiki olaraq, ölkə rəhbərliyində oturanlar qorxaq siyasət aparır. Bakı isə ərazilərin azad olunmasına hər keçən gün daha da yaxınlaşır”, - deyə o bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol