• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyevin İrəvan mesajının pərdəarxası: Savaş xəbərdarlığı

Əliyevin İrəvan mesajının pərdəarxası: Savaş xəbərdarlığı
11.02.2018 10:29
Prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hərtərəfli addımların atılması mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Azərbaycan birmənalı şəkildə Qarabağ probleminin mərhələli həllinə və substantiv danışıqlara getməyə hazırdır:

"Ancaq Ermənistanda fərqli vəziyyətdir, seçkilər yaxınlaşdıqca müxtəlif siyasi partiyalar arasında rəqabət güclənməyə başlayıb. Məlum məsələdir ki, bütün proseslər Dağlıq Qarabağ münaqişəsi üzərində qurulub. Sərkisyan nəyin bahasına olursa-olsun, Qarabağ klanını mütləq surətdə hakimiyyətdə saxlamaq üçün Qarabağ kartından istifadə edir. İndi də buna görə müxtəlif təxribatlara əl atırlar. Bütün bunlar ilk növbədə seçkiqabağı siyasi gedişlərdir. Ermənistan hazırda böyük əndişə içərisindədir. Təmas xəttində müşahidçilərin sayının artırılması da məhz buna xidmət edir. Qarabağda bir "sərhəd” yaratmaqla onları üçüncü tərəf kimi qəbul etməyə çalışırlar. Bu, Bakını razı sala bilməz. Məlum məsələdir ki, Rusiyada martda seçkilərdir. Çox güman ki, Rusiya stabilliyi qorumaqla münaqişənin həllində açar fiqur kimi humanist dövlət mövqeyindən çıxış edəcək. Onsuz da Moskva mütəmadi olaraq müxtəlif səviyyələrdə "tərəflər münaqişəni özləri həll etməlidir” prinsipindən çıxış edir. Ancaq Azərbaycanın qətiyyətli mövqeyi Ermənistanı yaman qorxuya salıb. Seçkilərdən sonra mühüm siyasi dəyişikliklər bu durğun vəziyyəti aradan qaldıracaq və yeni dönəm başlayacaq”.

Politoloq hesab edir ki, Azərbaycan prezidentinin Qarabağla bağlı son bəyanatı Ermənistana bir mesaj idi:

"Yəni Azərbaycan bayrağı təkcə Xankəndi və Şuşada deyil, Zəngəzur, Göyçə və İrəvanda da dalğalanacaq. Dövlət başçısı əslində son çıxışı ilə bu münaqişənin nə ilə qurtara biləcəyini İrəvana başa saldı. Sərkisyan da indi bütün günahları boynundan atmaq üçün siyasi bəyanatlarla çıxış edir.
 
Azərbaycan təbii ki, münaqişənin hərbi yolla həllini gündəmdə saxlayır. Bu, bizim hüququmuzdur. Rusiya və digər dövlətlər də bunu başa düşür. O üzdən də boş danışıqların və dekorativ bəyanatların bir sonu olmalıdır. Artıq Qarabağ məsələsi öz həllini tapmalıdır. Hesab edirəm ki, prezident seçkilərindən sonra danışıqlara yenidən qayıdılacaq. Ancaq bu dəfə münaqişənin həlli istiqamətində hərtərəfli addımların atılması mümkündür”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol