• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndində konsret verən musiqiçilər peşman oldular

Xankəndində konsret verən musiqiçilər peşman oldular
16.02.2018 11:43
Işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanun səfər edən Rusiyanın "Sülh naminə musiqi” layihəsinin üzvləri Azərbaycandan üzr istəyib. Onlar Qarabağa qanunsuz getdiklərinə görə peşman olduqlarını deyərək, adlarının Azərbaycan XİN-in "qara siyahı”sından çıxarılmasını xahiş ediblər.

Rusiyalı musiqiçilərin XİN-ə göndərdiyi məktubda 2015-ci ildə "Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdikləri, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadıqlarını vurğulayıblar. Onlar bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını qeyd ediblər.

"Sülh naminə musiqi” layihəsinin üzvləri Bakıya, xüsusilə Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduqlarını dilə gətiriblər.

AzVision.az-ın məlumatına görə, "Sülh naminə musiqi” beynəlxalq xeyriyyə layihəsidir. Layihənin icrasına 2011-ci ildən başlanılıb.

Layihənin missiyası millətlərarası və etnik münaqişələr, təbii fəlakət zonaları, eyni zamanda terrordan əziyyət çəkən regionlarda klassik musiqi üzrə master-klasslar və konsertlər vermək, regionlarda klassik musiqinin populyarlaşdırılması, infrastrukturun dağıldığı ərazilərdə gənc istedadların aşkarlanması və dəstəklənməsidir.

Layihənin təsisçiləri Mariya Nemtsova və Vitaliy Vatulyadır. Layihənin 21 daimi musiqiçi üzvü var. Hər il layihəyə müxtəlif ölkələrdən insanlar dəvət olunur. 

Qeyd edək ki, qrup 2017-ci ilin iyunun 29-da Azərbaycanın işğal altında olan Xankəndi (Stepanakert) şəhərinə qanunsuz səfər edərək, orada konsert verib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol