• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlərin Bakı Bəyannaməsinin mətni

Nazirlərin Bakı Bəyannaməsinin mətni
15.03.2018 14:32
Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən birinci dördtərəfli görüşündə Bəyannamə qəbul edilib.
 
AzVision.az-ın məlumatına görə, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiynin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze imzalayıblar. Bakı görüşünün bəyannaməsinin mətnində deyilir:

"Nazirlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin norma və prinsiplərinə sadiqliklərini vurğuladılar;

Regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dərin tarixi köklərə və mədəni əlaqələrə əsaslanan dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirmək ilə bağlı sadiqliklərini bir daha təsdiq etdilər;

Ölkələr arasında əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə etdilər və inkişaf etmiş tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsində güclü öhdəliklərini bildirdilər;

Regional sülh və sabitliyin möhkəmlənməsində ortaq maraqlarını vurğuladılar və bu kontekstdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, o cümlədən regionda bütün münaqişələrin sülh yolu ilə həlli kimi beynəlxalq hüquq prinsiplərinə sadiqliklərini vurğuladılar;

Dörd ölkənin xalqlarının rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsi ilə bağlı razılaşdılar;

Regional və beynəlxalq təhlükəsizlik və sabitliyin möhkəmlənməsi məqsədilə müxtəlif səviyyə və platformalarda, beynəlxalq və regional təşkilatlar çərçivəsində ümumi maraq kəsb edən regional və qlobal məsələlər ilə bağlı məsləhətləşmələrin əhəmiyyətini qeyd etdilər;

Enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə etmək, eləcə də əməkdaşlığın təşviqini dəstəkləmək ilə bağlı iqtisadi-ticari əməkdaşlığın möhkəmləndirilməsini razılaşdılar;

İnvestisiyaların və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə edilməsi, o cümlədən mümkün olduğu təqdirdə enerji, nəqliyyat, telekommunikasiya, informasiya kommunikasiya texnologiyaları (İKT), sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların icra edilməsi vasitəsilə əməkdaşlığın dəstəklənməsi ilə bağlı razılaşdılar;

Milli nəqliyyat infrastrukturunun beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiya edilməsi məqsədilə coğrafi cəhətdən beynəlxalq tranzit dəhlizlərində əlverişli mövqe tutmuş dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əhəmiyyətli addımların atıldığını vurğuladılar;

Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla "Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyini qeyd etdilər;

Mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin, eləcə də dörd ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğuladılar;

Neft, təbii qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına istəkli olduqlarını ifadə etdilər;

Müvafiq milli qanunvericiliyə uyğun olaraq dörd ölkənin bankçılıq şəbəkələri arasında əlaqələrin təşviqi və beynəlxalq bankçılıq proseduraları, eləcə də çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məlumat və təcrübə mübadiləsi ilə bağlı razılaşdılar;

Qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlıq edilməsinin vacibliyini vurğuladılar;

2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən 2030-ci il üzrə davamlıı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd etdilər;

Beynəlxalq və ya regional təşkilatlarda dörd ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsini razılaşdılar və bu mənada Ümumdünya EXPO 2025-ə ev sahibliyi edilməsi ilə bağlı Bakı şəhərinin namizədliyini alqışladılar; daha sonra Bakı şəhərinin 2021-ci ildə Dünya Bankı Qrupunun və Beynəlxalq Maliyyə Fondunun İdarəetmə Şurasının İllik Görüşlərinə ev sahibliyi edilməsi ilə bağlı namizəd şəhər olduğunu nəzərə aldılar;

2015 və 2017-ci illərdə keçirilmiş Tbilisi Kəmər və Yol Forumlarının vacibliyini vurğuladılar və Tbilisi şəhərində növbəti forumda yüksək səviyyəli iştirakın əhəmiyyətini qeyd etdilər;

Terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, silah, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan etdilər;

Ölkələr arasında insanlararası təmasların daha da genişləndirmək məqsədilə mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;

Ümumi maraq kəsb edən sahələrdə dördtərəfli sahəvi əməkdaşlığa dair fəaliyyət planının hazırlanmasının vacibliyini vurğuladılar;

Dördtərəfli formatda müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini bir daha qeyd etdilər;

Növbəti görüşün Gürcüstanda keçirilməsini razılaşdılar".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol