• $
  • €
  • ₽
  • ₺
  • £

Sərdar Cəlaloğlu Orduxanı və dəstəsini ifşa etdi

Sərdar Cəlaloğlu Orduxanı və dəstəsini ifşa etdi
16.03.2018 16:15
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu xaricdə dövlətimiz əleyhinə kampaniya aparan radikal müxalifətçilərə etirazını bildirib.

Partiya sədri AzVision.az-a açıqlamasında deyib ki, siyasi mübarizədə söyüş və təhqir yolverilməzdir.
Onun sözlərinə görə, radikallar çıxış edərkən hər bir insanın şərəf və ləyaqətini nəzərə almalı, qurşaqdan aşağı danışmaqdan yayınmalıdırlar: 

"Bu, antidemokratik mübarizə üsuludur, qurşaqdan aşağı zərbə vurmaq siyasi əxlaqa ziddir. Qeyri-demokratik güclərin maraqlarına xidmət edirlər. Bu yolla, küçə söyüşləri ilə, qeyri-siyasi sözlərlə hakimiyyətə münasibət ifadə etmək xalqa xidmət etmək deyil. Sadəcə bu tip insanlar qisas, intiqam hissi ilə belə yola əl atıblar. Tamamilə yalnış yoldur. Müasir dünyada siyasi etik normalar müəyyənləşib. Etik normaları pozmaqla mübarizə aparmaq olmaz”. 

S.Cəlaloğlu vurğulayıb ki, xaricdəki radikal qüvvələrin arxasında kimlərsə durur: "Hesab edirəm ki, bu, xüsusi idarələrin hazırladığı nüfuzdan salma kampaniyasıdır. Görünür, Azərbaycanın demokratik qüvvələrindən fərqli olaraq kimlərsə siyasi xətt aparır. Bu adamlar Azərbaycanın siyasi hərəkatında tanınmış deyillər. Özləri də bunu etiraf edirlər. Bunlar Azərbaycan demokratik hərəkatından çıxmayıblar. Onların siyasi mübarizə üsulları demokratiyadan kənardır”. 

Partiya sədri hesab edir ki, xaricdə yaşayan Orduxan Temurxan və onun kimi qeyri-etik çıxışlar edən şəxslərin mövqeyi qəbuledilməzdir. S.Cəlaloğlu radikalları əxlaqlı olmağa çağırıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol