• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Qanunda ziddiyyətli məqamlar var

Deputat: Qanunda ziddiyyətli məqamlar var
03.04.2018 15:05
"Peşə təhsili haqqında” qanun layihəsi parlamentdə ikinci oxunuşun müzakirəsinə çıxarılıb.

Anews.az-ın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Müzakirələr zamanı çıxış edən millət vəkili Tahir Rzayev sənədin çox mütərəqqi və əhəmiyyətli olduğunu vurğulayıb: 

"Hesab edirəm ki, belə bir sənədə ciddi ehtiyac var. Bu sənəd ölkədə peşə təhsilinin inkişafına böyük töhfə verə bilər və verəcək. Ona görə bu sənədi dəstəkləyirəm və onun lehinə səs verəcəyəm”, - deyə T.Rzayev qeyd edib.

Parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da sənədin vacibliyindən danışıb: 

"Peşə təhsili çox mürəkkəb sahədir. Bu sahə son illərə kimi diqqətdən kənarda qalmışdı, geriləmə vardı. Ancaq hesab edirəm ki, bu qanunun qəbulundan sonra ölkədə peşə təhsili sahəsində ciddi və müsbət dönüş yaranacaq”.

Millət vəkili Elşad Həsənov qanun layihəsini çox təkmilləşdirilmiş bir sənəd adlandırıb. Onun sözlərinə görə, bu sənəd ölkədə peşə təhsililinin inkişafına yeni töhfə olacaq:

"Bu sənəd çox mükəmməl şəkildə hazırlanıb və təkmilləşdirilib”.

Millət vəkili bildirib ki, bu sənəd peşə yeniliklərinə və innovasiyalara təkan verəcək.

"Bu, çox yerində hazırlanmış qanundur. Vacib sənəddir. Qəbulu mütləqdir”, - bunu çıxışında parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. 

Bununla belə, komitə sədri adıçəkilən sənədlə digər sənədlər arasında bəzi ziddiyyətli məqamlar olduğunu və onların aradan qaldırılmasının vacibliyini söyləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol