• $
  • €
  • ₽
  • ₺
  • £

"Xəstəyəm, dərmanla yaşayıram" - Kəlbəcər girovunun məktubu

"Xəstəyəm, dərmanla yaşayıram" - Kəlbəcər girovunun məktubu
16.04.2018 13:14
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib. 

Bu barədə AzVision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. O, bildirib ki, bir neçə gün bundan öncə Şahbazla bağlı məlumat alıb.
"Qardaşım məktubunda xəstə olduğunu və dərmanla yaşadığını yazıb. Ondan narahat olmamamğımızı bildirib. Məktub 3-4 cümlədən ibarətdir. Təbii ki, bunu nəzarət altında yazıb. Onun yalnız videosunu gördükdən sonra əsil vəziyyətini öyrənə bilərik”.

Digər kəlbəcərli girov Dilqəm Əsgərov isə ailəsinə məktub yazmayıb. Girovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşdüyünü, ancaq ondan məktub gəlmədiyini deyib.

"Atamla görüşdüklərini, narahat olmamağımızı bildirdilər. Necə narahat olmayım ki, atamdan nə məktub almışam, nə də videosunu gətiriblər. Güman edirəm ki, vəziyyəti o qədər pisdir ki, nə məktub yaza bilir, nə də görüntüsünü çəkə bilirlər. Sonun dəfə məktubu noyabr ayında almışam”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol