• $
  • €
  • ₽
  • ₺
  • £

Növbədənkənar parlament seçkiləri keçiriləcəkmi?!

Növbədənkənar parlament seçkiləri keçiriləcəkmi?!
07.05.2018 11:12
Artıq sosial şəbəklərdə bu ilin payızında, konkret olaraq oktyabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı müzakirələr getməkdədir.

Anews.az-ın xəbərinə görə, bir müddət öncə həm mediada, həm sosial şəbəkələrdə bu yöndə məlumatlar və müzakirələr getsə də, hakim Yeni Azərbaycan Partiyasının (YAP) yetkili şəxsləri tərəfindən bu məsələ təkzib olunmuşdu.

Bu mövzunun yenidən gündəmə gəlməsi növbədənkənar parlament seçkilərinin olacağı ehtimalını artırır.

YAP-dan olan millət vəkili Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında yayılan məlumatlardan və gedən müzakirələrdən xəbərsiz olduğunu deyib.

"Milli Məclis fəaliyyət göstərir. Deputatlar iş başındadır. Odur ki, bu məsələdən məlumatsızam”, - deyə millət vəkili əlavə edib.

Ancaq adının cəkilməsini istəməyən başqa bir iqtidaryönlü millət vəkili növbədənkənar  parlament seçkiləri məsələsini istisna etməyib:

"Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözləniləndir və istisna deyil.

Amma bunun dəqiq vaxtı ilə bağlı hələlik bir şey söyləmək mümkün deyil.

Bununla belə, növbədənkənar seçkilər məsələsi ortadadır və bundan qaçmaq mümkün deyil”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda növbəti - 6-cı çağırış parlament seçkiləri 2020-ci ilin payızında olacaq.

Ancaq onu da qeyd edək ki, prezident seçkilərinin oktyabrdan aprelə çəkilməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi məsələsini də gündəmə gətirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol