• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan Azərbaycana məxsusdur – 1918-ci ildə yazılan məktub

İrəvan Azərbaycana məxsusdur – 1918-ci ildə yazılan məktub
07.05.2018 13:29
Ermənistandakı etiraz aksiyalarından və Məxməri İnqilabdan sonra bir çox siyasətçilər bu gün müxtəlif yollarla insanları öz tərəfinə çəkməyə çalışır. 

Anews.az xəbər verir ki, bir qisim siyasətçilər Azərbaycanla müharibəyə başlayacaqlarını, digərləri isə türklərə qarşı düşmənçiliklə buna nail olmağa çalışırlar.

Hər dəfə həmin "liderlər” Azərbaycanın nəinki Dağlıq Qarabağ və ətrafındakı rayonları, həmçinin tarixi torpaqları olan İrəvan, Zəngəzur və Göyçəni geri qaytarmaq istəyinə qarşı çıxırlar. 

Misal üçün, Məxməri İnqilabın rəhbəri Nikol Paşinyan çıxışlarından birində qeyd edib ki, ermənilər öz tarixi torpaqlarında yaşayır və guya Azərbaycanın burada tarixi kökü yoxdur. 

Cənab Paşinyan, Azərbaycanın bunları sübut edə biləcək kifayət qədər tarixi faktı var. 

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının əsas elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova İrəvanın tarixi Azərbaycan torpağı olduğunu sübut edən 1918-ci ildə yazılmış məktubu təqdim edib. 

Məktub 1918-ci il mayın 29-da Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətəli xan Xoyski tərəfindən xarici işlər naziri Məmmədhəsən Hacınskiyə göndərilib:

"Biz ermənilərlə bütün mübahisəli məsələləri həll etdik. Onlar ultimatumu qəbul edəcək və müharibəni başa çatdıracaqlar. Biz İrəvanı onlara güzəştə gedəcəyik”. 

"İş burasındadır ki, əsrlər boyu bu ərazi azərbaycanlıların yaşadığı torpaq olub. Son yüzilliyinin tarixi sənədləri sübut edir ki, Azərbaycan hökuməti öz iradəsindən asılı olmayaraq, İrəvanı Ermənistan Respublikasına verib. 

Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaranıb. Arxiv sənədlər də bunu sübut edir”, - Əhmədova deyib. 

Erməni milli şurası ilə Azərbaycan-Ermənistan sərhədləri və İrəvanın güzəştə gedilməsi məsələlərində aparılan danışıqlarla bağlı Müsəlman Milli Şurasının iclasının protokolundan:

"Tiflis şəhəri, 29 may 1918-ci il. 

İclasın əvvəlində şura üzvü F.Xoyski danışıqların nəticəsi ilə bağlı hesabat verib. 

Hesabatı bitirərkən o məlumat verib ki, Erməni Federasiyasının formalaşması üçün siyasi mərkəzə ehtiyac var. Aleksandropolun Türkiyəyə birləşdirilməsindən sonra bu mərkəz yalnız İrəvan ola bilər. Buna görə İrəvanın ermənilərə güzəştə gedilməsi qaçılmazdır”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol