• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident:Ümid edirəm ki, torpaqlarımızın işğalı faktına adekvat qiymət veriləcək

Prezident:Ümid edirəm ki, torpaqlarımızın işğalı faktına adekvat qiymət veriləcək
09.06.2018 10:35
Parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlər Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutur.

anews.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı məktubda deyilir.

"Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının növbəti sammitinin işə başlaması münasibətilə sizi təbrik edirəm. Avropadakı müxtəlif siyasi partiyaları vahid platformada birləşdirən Alyans nisbətən qısa müddətdə qitənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu bir təşkilata çevrilib. Məmmunluq hissi ilə bildirirəm ki, qurumun bəyan etdiyi milli suverenlik, parlament demokratiyası, azad cəmiyyət kimi fundamental dəyərlər zəngin tarixi ənənələri yaşadan Azərbaycan xalqının müasir həyatında əhəmiyyətli yer tutur.

Əlamətdar haldır ki, bugünkü sammit də müsəlman dünyasında ilk parlamentli respublikanın, qadınlara əksər qərb dövlətlərindən daha əvvəl seçki hüququ vermiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunduğu dövrə təsadüf edir.

Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası müstəqillik illərində bazar iqtisadiyyatı, demokratiya, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutmuş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilmişdir”, - deyə dövlət başçısının məktubunda qeyd olunur.

Azərbaycan prezidenti təəssüf hissi ilə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ölkənin inkişafı istiqamətində ciddi maneə olaraq qalmaqdadır. 

"Ermənilər 20 faiz torpaqlarımızı işğal edib və 1 milyondan çox insan evlərindən ayrı düşüb. Təcavüzə son qoyulması üçün beynəlxalq təşkilatlar tərəfindən heç bir tutarlı addım atılmayıb. Ümid edirəm ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək. İnanıram ki, toplantı yüksək işgüzarlıq səviyyəsində keçəcək, sülh və əmin-amanlığın təmin olunmasına xidmət edəcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol